24 iyun 2026. Çərşənbə

Hakimləri təhqir edən Qarabağ rəsmisinə 5 oyunluq cəza


Hakimləri təhqir edən Qarabağ rəsmisinə 5 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda Birinci Divizionun 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
“Neftçi-2” – “Zirə-2” oyununda “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. “Neftçi”nin futbolçusu Hüseyn Əhmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub.
 
“Qarabağ-2” – “Sabah-2” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Oyundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. “Qarabağ”ın məşqçisi Vüqar Rüstəmov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə olunub. “Qarabağ”ın rəsmisi Uğur Təhməzov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.
 
“Kəpəz” – MOİK oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. Dopinq nəzarət otağı hazır olmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunub.
 
“Qaradağ Lökbatan” – “Qəbələ-2” oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. Meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunub. “Qəbələ”nin futbolçusu Salman Ələsgərov oyunun 51-ci dəqiqəsində sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer