24 iyun 2026. Çərşənbə

Qəbələ ilə Neftçi'nin yubiley qarşılaşması


Qəbələ ilə Neftçi'nin yubiley qarşılaşması
Sabah Azərbaycan Premyer Liqasında 26-cı turun oyunlarına start veriləcək. Corner.az xəbər verir ki, “Qəbələ” turun ikinci günündə öz meydanında “Neftçi” ilə görüşəcək.
 
Qəbələ şəhər stadionunda baş tutacaq matç iki komanda arasında yubiley – 60-cı duel olacaq.
 
Rəqiblər indiyədək 59 dəfə görüşüb. Hesabında 17 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 26 dəfə məğlub olub. Rəqib qapısına 72 top vuran “Qəbələ” futbolçuları 87 qol buraxıb. 
 
Bu görüş Premyer Liqa çərçivəsində 55-ci qarşılaşma olacaq. Əvvəlki 54 qarşılaşmada 16 qələbəsi olan “Qəbələ” 13 dəfə bir xalla kifayətlənib və 25 dəfə uduzub. Rəqib qapısına 65 dəfə yol tapan “qırmızı-qaralar” 82 top buraxıb. 
 
“Qəbələ” “Neftçi” ilə 30-cu dəfə öz meydanında qarşılaşacaq. İndiyədək keçirilən 29 matçda “Qəbələ” 8 dəfə qalib gəlib, 7 heç-heçə edib və 14 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 38, qonaqlar 43 qol vurub.
 
Xatırladaq ki, mayın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 19:45-də başlayacaq.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer