9 avqust 2026. Bazar günü

Qəbələ U-17 Liqasının qalibi oldu


Qəbələ U-17 Liqasının qalibi oldu
"Qəbələ” U-17 Liqasının çempionu olub. Corner.az xəbər verir ki, “qırmızı-qaralar” qızıl medalları sonuncu turda rəsmiləşdirib.
 
Ülfət Mədətovun baş məşqçisi olduğu komanda 26-cı turda İsgəndər Cavadov Bakı Futbol Akademiyası ilə görüşüb. “Qəbələ” ev matçında 14:0 hesabı ilə qalib gəlib.
 
Bununla da 24 oyunda 61 xal toplayan “qırmızı-qaralar” növbəti çempionluğunu yaşayıb. Komandanın futbolçusu Ağabəkir Həşimli 28 qolla liqanın bombardiri adını qazanıb.
 
Xatırladaq ki, “Qəbələ” 6-cı dəfə U-17 Liqasının qalibi olub. “Qırmızı-qaralar” bunadək 2009/10, 2012/13, 2014/15, 2017/18 və 2020/21 mövsümünün çempionu adını qazanıb. 2010/11, 2013/14, 2015/16 və 2018/19 mövsümlərində isə “Qəbələ” ikinci yeri tutub.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı