6 noyabr 2026. Cümə

Sabah'ın legionerləri üçün ilk


Sabah'ın legionerləri üçün ilk
Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilir. Corner.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Səbail”i 2:0 hesabıyla məğlub etdi.
 
“ASCO Arena”da keçirilən matç bu komandanın futbolçuları Boyan Letiç və Lukas Rangel üçün əlamətdar olub. Belə ki, hər iki oyunçu “Sabah”da ilk qollarını vurublar.
 
Boyan buna komandada 9-cu, Lukas isə 6-cı oyununda nail olub.
 
Qeyd edək ki, Letiç “Səbail”lə oyunun 15-ci dəqiqəsində komandasını hesabda önə keçirib, Rangel isə görüşün 37-ci dəqiqəsində fərqlənərək matçda son nöqtəni qoyub.






Misli Premyer liqa