19 mart 2026. Cümə axşamı

Sumqayıt'dan 2022-ci ildə ilk qələbə


Sumqayıt'dan 2022-ci ildə ilk qələbə
"Sumqayıt” klubu qələbə həsrətinə son qoyub. Corner.az xəbər verir ki, sözügedən komanda uzun fasilədən sonra Azərbaycan Premyer Liqasında qələbə sevinci yaşayıb.
 
Aleksey Baqanın çalışdırdığı kollektiv buna 26-cı tur çərçivəsində baş tutan “Şamaxı” ilə oyunda nail olub. Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər. Sumqayıtlıların hər iki qolunu Əli Qurbani vurub. Millimizin də üzvü olan hücumçu 31-ci və 78-ci dəqiqələrdə fərqlənib.
 
Bu, “Sumqayıt”ın həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub. Bundan başqa, komanda 15 turdan sonra 3 xala sevinib. Sumqayıtlılar sonuncu dəfə ötən ilin 31 oktyabrında, Premyer Liqanın 9-cu turu çərçivəsində “Səbail”lə ev oyununda 2:1 hesablı qələbəyə sevinmişdilər.
 
Yeri gəlmişkən, Əli Qurbani də cari mövsümdə vurduğu qolların sayını 3-ə çatdırıb. 31 yaşlı hücumçu sonuncu dəfə ötən il avqustun 21-də Premyer Liqanın 2-ci turunda “Sabah”la görüşdə (2:0) fərqlənmişdi. Beləcə, millimizin üzvü 19 oyundan sonra rəqib qapısına yol tapdı. O, bu mövsüm müxtəlif səbəblərdən beş matçda meydana çıxmayıb.
 
Qələbədən sonra xallarını 18-ə çatdıran “Sumqayıt” 7-ci pillədəki mövqeyini qoruyub. “Şamaxı” isə 21 xalla 6-cı sırada yer alıb.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi