6 noyabr 2026. Cümə

Məni Neftçi'yə azarkeşlər gətirməyib


Məni Neftçi'yə azarkeşlər gətirməyib
"Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 26-cı turunda “Qəbələ”yə qarşı oyunda azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib. Corner.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra “CBC Sport”a açıqlamasında bunları söyləyib:
 
“Mövqeyi olmayan adamlardır. Onlar məni bir neçə ay öncə göyə atan adamlardır. Həm də məni bura rəhbərlik gətirib, azarkeşlər gətirməyib. Rəhbərlik nə vaxt istəsə, onda istefaya gondərəcək”.






Misli Premyer liqa