19 mart 2026. Cümə axşamı

Sadio məni söydü, biz irqçiliyə qarşıyıq


Sadio məni söydü, biz irqçiliyə qarşıyıq

"Anlaşılmazlıq oldu və Tounkara durduğu yerdə mənə pis söyüş söydü".

Corner.az xəbər verir ki, bunu "Sumqayıt"ın qapıçısı Tərlan Əhmədli "Şamaxı"ya qarşı Azərbaycan Premyer Liqasının XXVI tur oyununda rəqib futbolçu Sadio Tounkara ilə arasında baş vermiş insidentə münasibət bildirərkən deyib.

28 yaşlı qolkiper topdaşıyanların afrikalı oyunçuya nə isə dediyini, lakin həmin ifadəni tam eşitmədiyini söyləyib: "Komanda yoldaşım Rüfət Abdullazadə yanımızda yıxılmışdı, onu ayağa qaldırırdım. Bu zaman Tounkara məni söydü. Ona dedim ki, günahım nədir? Əslində topdaşıyanlar ona nə isə demişdi, o da elə bilmişdi ki, biz söyüş söymüşük. Nəticədə söyüşlə cavab verdi. Bir anlaşılmazlıq oldu, ciddi problem yoxdur. Sonradan hər şey qaydasına düşdü. Rəqib komanda da bildirdi ki, anlaşılmazlıq olub".

Əhmədli "gənclik şəhəri" təmsilçisinin kapitanı Vurğun Hüseynov vasitəsilə hər şeyi yoluna qoyduqlarını vurğulayıb.

Oyunçu irqçiliyə qarşı olduqlarını da diqqətə çatdırıb: "Biz heç vaxt elə sözlər işlətmərik və kiməsə "qara" demərik. O ifadələrin işlədilməsi də düzgün deyil. Belə hallara da heç vaxt yol vermərik".

Tounkaranın özü isə məsələ barədə danışmaq istəmədiyini söyləyib.

Qeyd edək ki, oyundan sonra topdaşıyanlardan biri 31 yaşlı malili yarımmüdafiəçini göstərərək, "Qaranın ayaqqabısına bax" deyib. Tounkara buna reaksiya verdikdə, yerli komandanın qapıçısı Tərlan Əhmədli ilə aralarında münaqişə baş verib. Qarşılaşma "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.(report)







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi