9 may 2026. Şənbə

Onları motivasiya etmək asan deyil - Qurban Qurbanov


Onları motivasiya etmək asan deyil - Qurban Qurbanov
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turundan təxirə salınmış və bu gün baş tutan “Sumqayıt”la oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 5:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
 
“Xal itkiləri gözləniləndir. "Sabah"la matçda çempionluğu əldə edə bilərdik. Amma gərginlik var idi. Bu gün optimal heyətlə oynasaq da, çox çatışmazlıq oldu. Son 2 turda öz oyunumuzdan uzaqlaşmışdıq. Hər bir halda futbolçularımı təbrik edirəm. Onları motivasiya etmək asan deyil. Yaxşı qalibiyyət əldə etdilər. Bol qollu oyun oldu. Matçın sonlarına yaxın bəzi dəyişikliklər etdik.
 
Rəqib görüşə pis başlamadı. Oyunu müdafiədən qurmaq istəyirdilər. Erkən vurduğumuz qol onların planlarını dəyişdi və boşluqlar daha çox oldu. Hər oyunda dəyişiklər edəcəyik ki, oyunçular idman formalarını qoruyub saxlaya bilsinlər. Tam olaraq, kubokun finalı üçün düşündüyümüzü deyə bilmərəm. Dəyişikliklər olacaq. İstəyirəm ki, bütün futbolçulara şans verim".
 
Qurbanov “Qarabağ”la 3 illik yeni müqavilə imzalamasına da toxunub: “Yaxın dönəmlərdə xarici klublardan təklif almamışam. Düzü, bu barədə maraqlanmamışam. Mənim üçün vacib olan "Qarabağ"dır. Mənim üçün "Qarabağ"ın dəyəri istənilən digər klubdan daha böyükdür. Onun adlı-sanlı klub olması belə, bu gerçəkliyi dəyişmir. Başqa kluba rəhbərlik etməyi düşünmürəm. Yaxın gələcək üçün ancaq "Qarabağ"ı fikirləşirəm”.
 
Təcrübəli baş məşqçi Patrik Andrade və gürcüstanlı qapıçı Luka Quqeşaşvili ilə danışıqların davam etdiyini vurğulayıb.






Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi