9 avqust 2026. Bazar günü

Qəbələ və Zirə avrokuboklara vəsiqəni təmin etdi


Qəbələ və Zirə avrokuboklara vəsiqəni təmin etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə keçirilib.

Çempionluğu təmin edən “Qarabağ” səfərdə “Səbail”in qonağı olub və darmadağınla qalib gəlib.

Dörd qolun qeydə alındığı “Sabah” - “Sumqayıt” matçında qalib müəyyənləşməyib. “Şamaxı” doğma meydanda “Qəbələ”yə minimal hesabla uduzub. “Zirə” isə “Neftçi”yə oxşar hesabla qalib gəlib. Bu nəticələrdən sonra “Zirə” və “Qəbələ”nin “Neftçi” ilə birgə Avropa Konfrans Liqasına vəsiqə qazanması rəsmiləşib

Azərbaycan Premyer Liqası
27-ci tur
15 may

“Səbail” – “Qarabağ” 0:3
Qol: R.Hüseynli, 70. M.Qurbanlı, 87. R.Şeydayev, 90+1.
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Bakı. “ASCO Arena”, 17:00.

"Sabah” – “Sumqayıt” 2:2
Qol: K.Sebalyos, 90+5-pen. A.Kaşuk, 90+6 – V.Hüseynov, 56. R.Sadıxov, 83.
Qırmızı vərəqə: A.Seydiyev, 53.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Masazır. “Bank Respublika Arena”, 17:00.

"Şamaxı” – “Qəbələ” 0:1
Qol: E.Səfərov, 25.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Şamaxı şəhər stadionu, 17:00.

"Zirə” – “Neftçi” 1:0
Qol: R.Əhmədov, 81.
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Cavanşir Yusifov, İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 17:00.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı