9 may 2026. Şənbə

Azarkeşlərlə olan məsələni öz aramızda həll edəcəyik


Azarkeşlərlə olan məsələni öz aramızda həll edəcəyik

"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən “Zirə” ilə oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Rəqibi təbrik edirəm. Avrokuboklara vəsiqə qazandılar. Futbolçuları bu cür oyunlara kökləmək, hazırlamaq çətindir. İki tur əvvəl gümüş medalı təmin etdik. Bu cür oyun gözləyirdik. Futbolçuları təbrik edirəm. Meydanda canlarını qoydular. Matç ilk dəqiqələrdən gərgin keçdi. Oyunçular mübarizə apardılar. Paltardəyişmə otağında da əsəbi idilər”.

Abbasov azarkeşlərlə məlum qalmaqala da toxunub: “Fikirləşirəm ki, azarkeşlərlə olan söhbəti öz aramızda həll edəcəyik. Bu, bizim daxili söhbətdir, özümüz həll edəcəyik . Azarkeşin istəyi normaldır. İstefa da istəyə bilərlər, sağ ol da deyə bilərlər”.

Baş məşqçi klubla yeni müqavilə barədə gələn oyundan sonra qərar veriləcəyini bildirib: “Klub rəhbərliyi ilə yox, Zaur Əzizovla danışırıq. Müqavilə ilə bağlı gələn oyundan sonra qərar veriləcək. Müşahidə Şurası qərar verəcək, gedəcəm, ya yox. Bu barədə qərarı onlar çıxaracaqlar”.







Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi