19 mart 2026. Cümə axşamı

Onların hamısına görə sevindim - Qurban Qurbanov


Onların hamısına görə sevindim - Qurban Qurbanov

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Hər birinə görə sevindim. Bir az həyəcanlı olduqları hiss olunurdu. Həm də istəkli idilər. Gənclərin, demək olar ki, hamısının əzələlərində problem oldu. Bu da həyəcan və yüklənmədən irəli gəlir.

Sonuncu turda ancaq yerli və gənc oyunçulara şans vermək planımız yoxdur. Mövsümün sonuna yaxın futbolçuları öz formalarından tam uzaqlaşdırmaq da olmaz. Özünüz də görürsünüz, hər matçda rotasiyalar edirdim ki, oyun praktikası itirilməsin. Gələn matçda az oynayan futbolçular meydanda olacaqlar. Balansı qoruyub-saxlayırıq. 12 nəfəri çıxmaq şərtilə, futbolçular yetərincə şans qazanırlar. Gənclər U-21-in heyətində də meydana çıxırlar”.

Təcrübəli mütəxəssis Riçard Almeyda və Toral Bayramovun yorğun olduqları üçün axsayaraq gəzdiklərini bildirib: “Sudurqa tutub, ona görə belə hallar baş verir”.

Qurbanov “Neftçi”yə qarşı son tur matçına fərqli heyətlə çıxacaqlarını vurğulayıb: “Başqa dəyişikliklər olacaq. Bu gün Marko Veşoviçə istirahət vermişdim. Abbas Hüseynovda isə zədə var. Kubokun finalna çatma ehtimal var. Amma hələ məşqlərə başlamayıb. Yəqin, “23-lük”də olacaq. Lakin meydana çıxacağına inanmıram. Qəbələyə final matçından 1 gün əvvəl yollanacağıq”.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi