13 may 2026. Çərşənbə

Qarabağ 100-ə Qurban Qurbanovun oğlu ilə çatdı


Qarabağ 100-ə Qurban Qurbanovun oğlu ilə çatdı

"Qarabağ" klubu cari mövsümdə 100-cü qol həddini keçib.

Corner.az-ın məlumatına görə, yubiley topunu səfərdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyununda baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.

20 yaşlı forvard komandasının ikinci qoluna imza atıb. 101-ci topu isə 90+3-cü dəqiqədə Ramil Şeydayev öz aktivinə yazdırıb.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasında 68, ölkə kubokunda 15, UEFA Konfrans Liqasında isə 18 dəfə rəqib qapılarına yol tapıb.

Ağdam təmsilçisi daxili yarışlarda 83 dəfə qol sevinci yaşayıb. Azərbaycan Premyer Liqasında 8, ölkə kubokunda 2, Konfrans Liqasında 1 dəfə böyükhesablı qələbə əldə edən komandanın daxili yarışlardakı qollarının sayını 100-ə çatdırması real görünmür.

"Qarabağ" mövsümün sonunadək daha 2 oyun keçirəcək. Ağdam komandası mayın 21-də sonuncu turda "Neftçi" ilə, mayın 27-də isə Azərbaycan Kubokunun finalında "Zirə" ilə görüşəcək. Daxili yarışlarda 100 həddinə çatmaq üçün bu görüşlərdə 17 qol vurmaq lazımdır.







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi