1 avqust 2026. Şənbə

Qarabağ Neftçi ilə oyunun biletlərini satışa çıxardı


Qarabağ Neftçi ilə oyunun biletlərini satışa çıxardı

"Qarabağ" Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda "Neftçi"yə qarşı keçirəcəyi matçın biletlərini satışa çıxarıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri Iticket.az-dan və Ağdam təmsilçisinin Park Bulvarda yerləşən Fan-Şopundan almaq olar. Oyun günü isə biletlər yalnız görüşün gerçəkləşəcəyi "Azersun Arena"da satılacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, oyundan sonra "Qarabağ"a qızıl, "Neftçi"yə gümüş medallar təqdim olunacaq. Bürünc medalların sahibi isə "Zirə" - "Qəbələ" matçından sonra müəyyənləşəcək.







Misli Premyer liqa

"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı