24 iyun 2026. Çərşənbə

Qəbələ'nin legioneriləri 100'ü yarıladı


Qəbələ'nin legioneriləri 100'ü yarıladı
Azərbaycan Premyer Liqasının 27ci turunun “Şamaxı” ilə səfər oyunu “Qəbələ”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub. Corner.az xəbər verir ki, Rafael Utziq və Stefan Vukçeviç ölkə çempionatında 50-ci dəfə meydana çıxıb.
 
Hər iki legioner “qırmızı-qaralar”ın heyətində ötən mövsüm debüt edib. Premyer Liqada yalnız bir klubun formasını geyinməklə “100”ü yarılayan oyunçular həm ötən mövsümdə, həm cari çempionatda eyni sayda – 25 dəfə şans qazanıb.
 
Yubiley matçında 90 dəqiqə meydanda olan Utziq Premyer Liqadakı 50 qarşılaşmada 11 qol vurub. O, 2020/21 mövsümündə 5, 2021/22 mövsümündə 6 dəfə rəqib qapısına yol tapıb. Şamaxıdakı görüşün 57-ci dəqiqəsində meydana daxil olan Vukçeviç yeganə qoluna ötən mövsümdə imza atıb.
 
Xatırladaq ki, 27-ci turun oyununadək 30 futbolçu “Qəbələ”nin heyətində Premyer Liqada 50 və ya daha çox matç keçirmişdi. Utziq bu siyahıda 31-ci, Vukçeviç 32-ci olub.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer