6 avqust 2026. Cümə axşamı

Vacib qələbə qəzandıq - Qurban Qurbanov


Vacib qələbə qəzandıq - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqanın 26-cı turunda "Zirə"ni səfərdə 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.Corner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

- Öncə futbolçularımı təbrik edirəm. Vacib qələbə qəzandıq. Bəlkə oyun bir az sönük görünürdü. Ancaq çox əziyyət çəkdilər. Çox çalışdılar ki, düzgün oynasınlar. "Zirə"yə də uğurlar arzulayıram.

- "Zirə" 8 futbolçusunu qorumuşdu. Siz isə əsas heyətlə meydana çıxmışdınız. Hərçənd, sizi də kubokda çətin yarımfinal matçı gözləyir. İtkiləri göz önünə gətirirdiniz, yoxsa..?

- Hər oyuna əsas futbolçularımızın çıxmasını istəyirəm. Qəbələdə çox da rotasiya etməmişdik. Bu gün çempionat matçının bizim üçün vacib olduğunu bilirik. Eləcə də "Qəbələ"ylə kubok. Hər ikisi bizim üçün çox önəmlidir.

- Rəqibin heyətlə bağlı sürpriz edəcəyini gözləyirdiniz?

- Hardasa, bəli. Çünki Samir Abasov rotasiya etməyi çox xoşlayır. "Zirə"nin ən yaxşı oyununa hazırlaşmışdıq. Çempionatda son görüşdə bizə qarşı yaxşı oynamışdılar.

- "Neftçi" - "Sumqayıt" matçını stadiondan izləyəcəksiniz?

- Yəqin ki, çatmayacam, evdən izləyəcəm.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı