9 avqust 2026. Bazar günü

Cavid Hüseynov: Uğur bizim tərəfimizdə idi


Cavid Hüseynov: Uğur bizim tərəfimizdə idi

"Son dəqiqələrdə qapımıza penalti təyin olundu. Düşünürəm ki, bu gün uğur bizim tərəfimizdə idi".

Corner.az-ın məlumatına görə, bunu "Cəbrayıl" klubunun prezidenti və baş məşqçisi Cavid Hüseynov "Xan-Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri Region Liqasının final oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

34 yaşlı mütəxəssis bildirib ki, rəqibin sürətli və fərdi keyfiyyətləri olan futbolçulara sahibdir: "Xüsusilə hücum xəttində sürətli və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Əsas tapşırıq oyun nizam-intizamını qorumaq idi. Çünki matçın 90 və ya 120 dəqiqə davam edəcəyini bilmirdik".

Hüseynov UEFA Region Kuboku barədə düşünməyin tez olduğunu söyləyib: "İndi nəsə danışmaq çox tezdir. Çünki planlar bəlli deyil. Sadəcə, onu bilirəm ki, rəqibimiz Belarus komandası olacaq".

"Xan-Lənkəran"ın baş məşqçisi İbrahim Uzunca isə meydanda yüksək səviyyəli oyun getdiyini vurğulayıb: "Azarkeşlərin də böyük dəstəyi ilə finala yaraşan qarşılaşma oldu. Ümumi götürsək, üstünlük bizdə idi. Rəqibi təbrik edirəm. Amma epizodları dəyərləndirə bilsəydik, hər şey fərqli ola bilərdi. Son dəqiqələrdə penaltini qola çevirə bilmədik. Bu isə onu göstərir ki, favoritlər hər zaman qələbə qazanmır".







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı