9 avqust 2026. Bazar günü

Mövsümü istədiyimiz kimi tamamladıq - Elmar Baxşıyev


Mövsümü istədiyimiz kimi tamamladıq - Elmar Baxşıyev
Azərbaycan Premyer Liqasının 28-ci turunun “Qəbələ” - “Sabah” oyunundan sonra (1:1) “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Corner.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
 
“Oyun çox dinamik alındı. Mövsümün son matçı olsa da, hər iki komanda meydanda yaxşı məzmunlu oyun nümayiş etdirdi. Çoxsaylı qol epizodları yaratdıq. Sonda qalib də gələ bilərdik. Düşünürəm ki, komanda verilən tapşırığı meydanda layiqincə yerinə yetirməyə çalışdı. Ümumi götürəndə komanda mövsümü istədiyimiz kimi tamamladı və layiqli yerini tutdu. Daha yüksək pillədə ola bilərdik. Amma turnirin necə ağır keçdiyini dəyərləndirsək, komandanın avrokuboklara getməsindən məmnunuq. İnanıram ki, bu heyəti qoruyub saxlaya biləcəyik. Komandanı daha da güclənmək mütləqdir”. 
 
Baxşıyev heyətlə bağlı fikirlərini də bildirib: “Nicat Mehbalıyevin durumu aydın deyil. O, “Sabah” klubuna məxsusdur. Danışandan sonra aydınlıq gələcək ki, qapıçı götürək, yoxsa yox. Kristof Atanqana növbəti mövsümdə də bizimlə olacaq. Onunla əməkdaşlıqda maraqlıyıq. Ürfan Abbasov sabah əməliyyata gedir. Onun yerini doldurmaq vacibdir. Bir-iki mövqe var ki, ora da oyunçu alınmalıdır. Çempionat ərzində sırf “9 nömrə”miz də yoxdur. Bəzən Ülvi İsgəndərov, bəzən Emil Səfərov, bəzən Rafael Utziq oynayır. Turnirdə layiqli çıxış etmək istəyiriksə, bu mövqeləri gücləndirmək vacibdir. Bu gün hər iki komanda məzmunlu oynamağa çalışdı. Futbolçular daha çox açıq futbol nümayiş etdirdi. Hər iki komandaya alqış düşdüyünü düşünürəm. İlk öncə komandanı istirahətə buraxmaq, komplektləşmək, sonra iddiadan danışmaq olar”.
 






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı