9 avqust 2026. Bazar günü

Premyer Liqada mövsümə yekun vuruldu


Premyer Liqada mövsümə yekun vuruldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulub. Corner.az xəbər verir ki, 28-ci turun bütün görüşləri eyni gündə baş tutub.

Əvvəlcə “Zirə” doğma meydanda “Şamaxı”nı, “Qəbələ” isə “Sabah”ı qəbul edib. Üçüncü pillədə qərarlaşan “Zirə” “Şamaxı” ilə oyunda xal itirsə də, bu, meydan sahiblərinin bürünc medallara sahib çıxmasına mane olmayıb. Halbuki, “Qəbələ” "Sabah"a qalib gəlməklə üçüncü pilləyə yüksəlmək şansı var idi. Lakin Qəbələdə də qalib müəyyənləşməyib.

“Sumqayıt” doğma meydanda “Səbail”lə üz-üzə gəlib və 5 cavabsız qolla qalib gəlib. Mövsümə turun mərkəzi matçı olan “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulub. Beş qolun qeydə alındığı bu oyunda da Ağdam təmsilçisi darmadağınla qələbə qazanıb.


Azərbaycan Premyer Liqası
28-ci tur
21 may

“Zirə” – “Şamaxı” 0:0
Qırmızı vərəqə: H.Keyta, 87.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 17:00.


"Qəbələ” – “Sabah” 1:1
Qol: M.Musayev, 68 – A.Kaşuk, 86.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov.
Qəbələ şəhər stadionu, 17:00.


"Sumqayıt” – “Səbail” 5:0
Qol: A.Nuriyev, 4. Ə.Qurbani, 35; 42. E.Bədəlov, 51. V.Bəybalayev, 86.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.


"Qarabağ” – “Neftçi” 4:1
Qol: P.Andrade, 5; 14. K.Borges, 10. İ.Brkiç, 57-öz qapısına – R.Maçado, 71.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Bakı. “Azersun Arena”, 19:30.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı