9 avqust 2026. Bazar günü

Hər uğur mənim üçün özəldir - Qurban Qurbanov


Hər uğur mənim üçün özəldir - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Təkcə çempionluğa deyil, həm də oyunlarına görə. Necə başladıqsa, elə də bitirdik. Mövsüm ərzində sabit qalmaq önəmli idi. Futbolçularım istəkli idilər. Buna görə onlara təşəkkür düşür. Səbirsizliklə medalları gözləyirlər".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII tur matçından sonra deyib.

49 yaşlı mütəxəssis bildirib ki, hər uğur onun üçün özəldir: "Uğur qazanmaq asan, onu qoruyub-saxlamaq isə çətindir. Bütün diqqətimiz növbəti mövsümə yönəlməlidir".

Qurbanov, kolumbiyalı müdafiəçi Kevin Medinanın Türkiyədən təkliflər aldığını söyləyib "Onunla maraqlanırdılar. Amma bizimlə müqaviləni uzatdı. Özünün də burada qalmaq istəyi həddən artıq çoxdur. “Qarabağ” kollektivini və Bakını sevir. Elə bir problem görmürəm".

Təcrübəli mütəxəssis ilklərin həmişə çox yadda qalan olduğunu vurğulayıb: "Məşqçi və futbolçu kimi də ilklər həmişə daha çox yaddaqalan olur. Mənim üçün bütün çempionluq dəyərlidir. Bu adı qoruyub saxlamaq çox vacibdir. Belədə qarşıdakı mövsüm daha önəmli olur".







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı