19 mart 2026. Cümə axşamı

Premyer Liqanın medalçıları mükafatlandırıldı - VİDEO


Premyer Liqanın medalçıları mükafatlandırıldı - VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünun medalçılarının mükafatlandırma mərasimi keçirilib. Corner.az xəbər verir ki, 28-ci turun "Qarabağ" - "Neftçi" görüşündən sonra "Azersun Arena"da baş tutan tədbirdə “Qarabağ”a çempionluq kuboku və qızıl medallar, “Neftçi”yə gümüş, “Zirə”yə isə bürünc medallar təqdim edilib.
 
AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Sərxan Hacıyevin iştirak etdiyi mərasimdə əvvəlcə “Zirə” bürünc medallarla təltif olunub. Bu, “qartallar”ın tarixində ikinci medalıdır. Qəsəbə təmsilçisi 2015/16 mövsümündə gümüş medalları qazanmışdı.
 
Daha sonra gümüş mükafatçı “Neftçi”nin futbolçuları, texniki heyət və rəhbərliyi gümüş medallarına qovuşub. 
 
Sonda isə qızıl medalların sahibi “Qarabağ” mükafatlandırılıb. Hələ 25-ci turda çempionluğu rəsmiləşdirən Ağdam klubu 9-cu dəfə titulun sahibi olub. Tədbirin sonunda “Qarabağ” futbolçuları çempionluq kubokunu başları üzərinə qaldırıblar. 
 
12 qolla çempionatın ən sərrast futbolçusu olan "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borgesə də xüsusi mükafat verilib. O, Azərbaycan çempionatları tarixində Reynaldo Silvadan sonra 2-ci braziliyalı bombardirdir. 







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi