24 iyun 2026. Çərşənbə

Milli üzvü Sumqayıt'dan ayrıldı


Milli üzvü Sumqayıt'dan ayrıldı
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimov “Sumqayıt”dan ayrılıb.  Corner.az xəbər verir ki, 27 yaşlı futbolçu bunu sosial şəbəkə hesabında paylaşdığı yazı ilə açıqlayıb: 
 
“Çətin olsa da, deməliyəm ki, 2 ildir uğurları üçün çalışdığım “Sumqayıt” klubundan ayrılıram. Burda yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. İnşallah, yollarımız yenidən kəsişər”.
 
Tellur Mütəllimov 2020-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. Sol cinah müdafiəçisi cari mövsümdə “kimyaçılar”ın heyətində meydana çıxdığı 27 oyunda 1 qol vurub.
 
Sonda onu da xatırladaq ki, Mütəllimov karyerasını “Sabah”da davam etdirəcək. Onun yeni klubu ilə yaxın günlərdə rəsmi müqavilə bağlaması gözlənilir.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer