4 noyabr 2026. Çərşənbə

“Neftçi” 600-cü dəfə məyus oldu


“Neftçi” 600-cü dəfə məyus oldu

“Neftçi” Azərbaycan çempionatlarında 600-cü qolunu buraxıb.

Corner.az  PFL-yə istinadən xəbər verir ki, “Sumqayıt”a 2:3 hesabı ilə uduzan Bakı klubunun buraxdığı son top xoş olmayan yubiley xarakteri daşıyıb.

1992-ci ildən keçirilən bütün ölkə çempionatlarında iştirak edən bakılılar, 775 matçda 600 qola üzülüb. Bunlardan 259-u evdə, 327-si səfərdə, 14-ü neytral meydanda qeydə alınıb.

Qeyd edək ki, ölkə çempionatında ən çox qol buraxan komanda “Turan”dır – 690 top.







Misli Premyer liqa