25 oktyabr 2024. Cümə

Daha dörd komandaya texniki məğlubiyyət verildi


Daha dörd komandaya texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
Həvəskar Liqasının ROFM – “Ərkivan” oyununda ROFM komandasının futbolçusu Araz Kərimli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Ərkivan”ın futbolçusu Röyal İbadov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın “Yasamal” İSK – “Qarabağ Füzuli” oyununda “Yasamal” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Birinci Liqanın “Metropoliten” – “Baku Fire 2” oyununda “Metropoliten”in futzalçısı Teymur Nəsibov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın “Standard” – ADBTİA oyununda ADBTİA-nın futzalçısı Şöhrət Yusifov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Bibi Heybət” oyununda “Borçalı” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə İkinci Liqanın “Advokat” – “İsma Baku” oyununda “Advokat”ın futzalçısı Azər Qorçibəyli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının “Qusar” – “Araz” (Naxçıvan) oyununda “Qusar”ın futbolçusu Firudin Ağalarov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının “Cəbrayıl” – “Xan Lənkəran” oyununda “Xan Lənkəran”ın rəsmisi İsmayıl Rəhimov meydana daxil olaraq hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Xan Lənkəran”ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün komandaya xəbərdarlıq edilib.
 
U-15 Liqasının “Zaqatala” – “Turan” oyununda “Zaqatala”nın futbolçusu Ruslan Köngülov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının “Şamaxı” – UGİŞM-1 oyununda UGİŞM-1 komandası matçın ikinci hissəsində meydana çıxmaqdan imtina etdiyi üçün hesab olduğu kimi saxlanılmaqla komandaya texniki məğlubiyyət verilib.
 
U-14 Liqasının “Araz” (Naxçıvan) – “Neftçi”  oyununda “Neftçi”nin futbolçusu Uğur Qədimalıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasının “Zaqatala” – “Kəpəz”  oyununda “Zaqatala”nın futbolçusu İmran Mirzəyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Zaqatala”nın digər futbolçusu Rüfət Qarəhmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-13 Liqasının “Şamaxı” – “Leon”  oyununda “Şamaxı”nın baş məşqçisi Elmir Hüseynov hakimə etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb.
 
U-12 Liqasının UGİM “Astara” – “Sumqayıt” oyununda “Astara”nın futbolçusu Məhəmməd Axundzadə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. “Sumqayıt”ın futbolçusu Mirzə Məmmədli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-12 Liqasının “Şirvan” (Ağdaş) – UGİM “Mingəçevir” oyununda “Mingəçevir” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilib.
 
U-10 Liqasının “Mil-Muğan” – “Turan Tovuz”  oyununda “Turan Tovuz”un baş məşqçisi Seymur Tağıyev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir