9 avqust 2026. Bazar günü

Azərbaycan Kubokunun finalçıları cəzalandırıldı


Azərbaycan Kubokunun finalçıları cəzalandırıldı

AFFA İntizam Komitəsi (İK) "Qarabağ" və "Zirə" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun final oyununda baş verənlərlə bağlı qərarlanı açıqlayıb.

Corner.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi azarkeşlərə görə 4000 manat məbləğində cərimələnib. Buna fanatların kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi səbəb olub. Tərəfdarlar matçda pirotexnikadan istifadə edərək klubu 800 manat da ziyana salıb.

İK nominal meydan sahibi olan "köhlən atlar"a təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün əlavə 3200 manat cərimə təyin edib.

"Zirə" klubu isə 1600 manat ödəyəcək. "Qartallar"ın məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydançaya daxil olduğu üçün cəzasına bir oyun əlavə olunub, klub bunun üçün 800 manat ziyana düşüb. Paytaxt təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalanıb və bu da 800 manat cəriməyə səbəb olub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı