25 oktyabr 2024. Cümə

AFFA-dan mövsümün son cəzaları


AFFA-dan mövsümün son cəzaları
AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edildi:
 
Premyer Liqanın XXVIII turunun “Zirə” – “Şamaxı” oyununda “Zirə” klubunun futbolçusu Hamidu Keyta təcavüzkar davranışa görə  birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3);
 
XXVIII turun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
 
Azərbaycan Kubokunun final mərhələsinin “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
 
“Qarabağ” – “Zirə” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 3200 manat cərimə olunur (maddə 59.4);
 
“Qarabağ” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2);
 
“Zirə” klubunun məşqçisi Eltun Yaqublu cəzalı olduğu halda meydançaya daxil olduğu üçün cəzasına 1 oyun əlavə olunur, klub 800 manat cərimə olunur (maddə 75);
 
“Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir