13 may 2026. Çərşənbə

Sabah U-14 Liqasının qalibi oldu


Sabah U-14 Liqasının qalibi oldu
Bu gün Binə stadionunda keçirilmiş “Sabah” - “Qarabağ” qarşılaşması ilə AFFA U-14 Liqasına yekun vurulub. Corner.az xəbər verir ki, finalda 3:0 hesabı ilə inamlı qələbə qazanan “Sabah” komandası AFFA U-14 Liqasının 2021/2022-ci illər mövsümünün qalibi olub.
 
Üçüncü yer uğrunda oyunda isə “Zirə” UGİM (Astara) üzərində 4:1 hesablı qələbə qazanıb. Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. İlk üç yeri tutan komandalara medallar və diplomlar, çempion “Sabah” komandasına isə kubok verilib. Mükafatları AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Füzuli Məmmədov, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər. 
 
“Şamaxı” komandasının üzvü Ümid Səlimov 43 qolla Liqanın ən məhsuldar oyunçusu olub. “Zirə” komandasının üzvü Hüseyn Vəlizadə isə AFFA U-14 Liqasının ən yaxşı oyunçusu seçilib və xüsusi hədiyyə ilə mükafatlandırılıb.






Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi