31 iyul 2026. Cümə

Qəbələ Türkiyəyə yollandı


Qəbələ Türkiyəyə yollandı
"Qəbələ” 2022/23 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanıb. Corner.az xəbər verir ki, Boluda təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” iyulun 13-dək qonşu ölkədə hazırlaşacaq. Komanda Boludakı “Termal” otelində məskunlaşacaq.
 
Hazırlıq prosesində “Qəbələ” iki yoxlama oyunu keçirəcək. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.
 
Xatırladaq ki, Avropa Konfrans Liqasında qüvvəsini sınayacaq “qırmızı-qaralar” 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la görüşəcək. İlk oyun iyulun 21-də səfərdə, cavab qarşılaşması bir həftə sonra Qəbələdə baş tutacaq.






Misli Premyer liqa

"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı