- Misli Premyer liqa
- 22:17 04.12.2025
Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
Corner.az-ın məlumatına görə, "Keşlə" öz meydanında "Zirə"ni qəbul edib və 1:3 hesabı ilə məğlub olub.
Digər oyunda “Qarabağ” öz doğma meydanda “Səbail”lə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi yarışın bitməyinə bir tur qalmış çempionluğu rəsmiləşdirib. Beləliklə, "Qarabağ" ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə ölkə çempionu olub.
“Neftçi” isə səfərdə “Qəbələ”nin qonağı olub və 3:1 hesabı ilə udub.Bu qələbəyə baxmayaraq, paytaxt klubu çempionluq şanslarını itirib.
Sumqayıt öz meydanında Sabahla qarşılaşıb.Meydan sahibləri minimal hesablı qələbə qazanıb.
5 may (bazar)
“Keşlə” 1-3 “Zirə”
Qollar: X. S. Rodriqes, 27 (0:1), Conatan Ayite, 45-pen (1:1), X. S. Rodriqes, 47, Mfo Kqasvane, 51 (1:3)
Qırmızı vərəqə: D. Silva, 28
“Qəbələ” 1-3 “Neftçi”
Qollar: Mbodj, 26 (0:1), Baqali Dabo, 71 (0:2), Rauf Əliyev, 84 (1:2), Dabo, 90-pen (1:3)
“Qarabağ” 4-0 “Səbail”
Qollar: Miçel, 20, Mahir Mədətov, 42, 69, 87
Sumqayıt 1-0 Sabah
Qol: Ə.Ağayev, 49,