7 may 2026. Cümə axşamı

Qurban Qurbanovdan mütləq rekord - Mircavadovu keçdi


Qurban Qurbanovdan mütləq rekord - Mircavadovu keçdi

Azərbaycan Premyer Liqasının qalibi adına yiyələnən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasında 6-cı dəfə bu titula sahib çıxıb.
 
Corner.az PFl-in saytına istinadən xəbər verir ki, Ağdam klubunun 2013/14, 2014/15, 2015/16, 2016/17 və 2017/18 mövsümlərindəki uğurlarında da pay sahibi olan mütəxəssis çempionluq sayında Azərbaycan rekorduna imza atıb. O, 5 dəfə belə uğura nail olan Ağasəlim Mircavadovu arxada qoyub. Ümumilikdə isə 10 baş məşqçi komandasına qızıl medallar qazandırıb.

Qurbanov həm də baş məşqçi kimi yubiley medalını qazanıb. “Qarabağ”ın “sükanı arxası”nda iki gümüş və iki bürüncü də olan mütəxəssis Azərbaycan çempionatlarında 10-cü dəfə ilk “üçlüy”ə düşüb.

“Neftçi” ilə gümüş mükafata yiyələnən Roberto Bordin ölkəmizdə medal qazanan ilk italiyalı baş məşqçi olub. Aftandil Hacıyevin baş məşqçi kimi elitada ilk uğuru isə “Səbail”dəki bürüncdür. Bu iki mütəxəssis Azərbaycan çempionatları tarixində medal qazanan baş məşqçilərin sayını 37-yə çatdırıb.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi