8 aprel 2026. Çərşənbə

PFL-dən açıqlama: “Qarabağ” “mükafatına” orda qovuşacaq


PFL-dən açıqlama: “Qarabağ” “mükafatına” orda qovuşacaq
Azərbaycan Premyer Liqası və birinci divizionun cari mövsümünün sonuncu turunda mükafatlandırma mərasimi keçiriləcək.

Corner.az xəbər verir ki, Peşəkar Futbol Liqası yarışların qalib və mükafatçılarını təntənəli şəkildə mükafatlandıracaq.

Premyer Liqada sonuncu turun “Neftçi” – “Qarabağ” görüşündən sonra, çempion “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş, “Səbail”ə isə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri mükafatlandırılacaq. Mükafatlandırma mərasimi “Bakcell Arena”da gerçəkləşəcək. 

Birinci divizionda isə analoji hal Lökbatan Olimpiya İdman Kompleksində olacaq. Yarışın qalibi olan MOİK-ə qızıl, “Sumqayıt-2” komandasına gümüş medallar təqdim olunacaq. 3-cü yerin sahibi isə son turun “Neftçi-2” – “Qaradağ Lökbatan”, “Keşlə-2” – “Zaqatala” görüşlərindən sonra məlum olacaq. 3-cü yerin sahibi olacaq tərəf medallarını almaq üçün Lökbatana təşrif buyuracaq. Eyni zamanda, həmin gün divizionun bombardirinə də xüsusi mükafat təqdim ediləcək.





Misli Premyer liqa

Son 4 mövsümün ən böyük hesabı
  • Misli Premyer liqa
  • 11:40 08.04.2026
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
  • Misli Premyer liqa
  • 11:13 08.04.2026
XXI əsrin ən məhsuldar seriyası
Amerikalıların 10-cu het-triki  - 35-ci legioner
  • Misli Premyer liqa
  • 11:04 08.04.2026
Amerikalıların 10-cu het-triki - 35-ci legioner
Felipedən 25-ci qol
  • Misli Premyer liqa
  • 10:57 08.04.2026
Felipedən 25-ci qol
“Turan Tovuz” səfərdə xal itirdi
  • Misli Premyer liqa
  • 17:26 07.04.2026
“Turan Tovuz” səfərdə xal itirdi