25 oktyabr 2024. Cümə

Qarabağ'la matçdan xalla ayrılaraq azarkeşlərimizi sevindirmək istəyirik


Qarabağ'la matçdan xalla ayrılaraq azarkeşlərimizi sevindirmək istəyirik
“Səbail”in futbolçuları 2022/23-cü illər mövsümünün ilk turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüblər. Corner.az xəbər verir ki, onlar klubun rəsmi saytına bunları söyləyiblər:
 
Rahid Əmirquliyev: “Yüksək səviyyədə hazırlıq prosesi keçirmişik. Komandamızda müsbətə doğru dəyişən çox məqam var. Cari mövsümə tam hazır olduğumuzu düşünürəm. İlk oyunumuzu isə çempionatımızın daim favoritlərindən olan “Qarabağ”a qarşı keçirəcəyik. Görüşün rəqib stadionunda olmasına baxmayaraq, matçdan yaxşı nəticə ilə ayrılmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.
 
Ağabala Ramazanov: “Çempionatın ilk turunda rəqibimiz ölkənin ən köklü klublarından olan “Qarabağ”dır. Hər zaman favorit olan komandaya qarşı mübarizə aparacağıq. İlk oyunda rəqibin “Qarabağ” olmasına baxmayaraq, bizim də öz hədəflərimiz var. Ağdam təmsilçisi ilə mövsümün əvvəlində və ya sonunda qarşılaşmağımızın heç bir fərqi yoxdur. Ümumiyyətlə rəqibin kimliyindən asılı olmayaraq, yeni mövsümə yaxşı hazırlaşmışıq. Layiqli mübarizə aparmağa çalışacağıq. İlk matçdan xalla ayrılaraq azarkeşlərimizi sevindirmək istəyirik!”
 
Emil Balayev: “Yeni mövsümün ilk matçını səfərdə 9 qat Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəyik. Bu amil bizim üçün böyük məsuliyyətdir. Komandanın hər bir üzvü bunu dərk edir. Düşünürəm ki, kifayət qədər uğurlu təlim-məşq toplanışı keçirmişik. “Qarabağ”la oyuna da ciddi hazırlaşırıq. Layiqli mübarizə aparacağımıza əminəm. Yaxşı nəticə əldə etmək üçün hər birimiz var gücümüzlə çalışırıq”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir