31 iyul 2026. Cümə

Qarabağ - Səbail matçının biletləri satışa çıxarılır


Qarabağ - Səbail matçının biletləri satışa çıxarılır
Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri sabah - avqustun 6-da satışa çıxarılacaq. Corner.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək.
 
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
 
Biletləri Iticket.az-dan və "Azersun Arena"nın kassalarından ala bilərsiniz.
 
Qapıların azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacağı diqqətə çatdırılıb.






Misli Premyer liqa

"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı