9 avqust 2026. Bazar günü

Mövsümün ilk matçında Zirə sevindi


Mövsümün ilk matçında Zirə sevindi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürüb.

Corner.az xəbər verir ki, turun ilk oyununda Gəncə təmsilçisi “Kəpəz” “Zirə” ilə üz-üzə gəlib.

“Kəpəz”in Gəncədə ev oyunlarını keçirdiyi stadion qəzalı durumda olduğundan, komanda Premyer Liqada ev oyunu Bakıda "Dalğa Arena"da keçirməli olub. Qarşılaşmaya gəlincə hesabı qonaqlar açıblar. Amma fasilə ərəfəsində "Kəpəz" hesabı bərabərləşdirməyi bacarıb.

Matça əlavə olunmuş dəqiqələrdə daha bir qol vuran "Zirə", mövsümün ilk matçından qələbə ilə ayrılmağı bacarıb.

Turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək.

Azərbaycan Premyer Liqası
1-ci tur
5 avqust

Kəpəz – Zirə 1:2
Qol: M.Erqemlidze, 45+1 - M.Hamdaui, 32. S.Taşkın, 90+4.
Qırmızı vərəqə: D.Çantakias, 83.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
VAR hakimi: Vüqar Həsənli
VAR hakiminin köməkçisi: Rəhman İmami
Bakı. “Dalğa Arena”.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı