19 mart 2026. Cümə axşamı

Əsas düşüncəmiz Konfrans Liqasında pley-offa adlamaqdır


Əsas düşüncəmiz Konfrans Liqasında pley-offa adlamaqdır
'Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 1-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri səfər oyunu ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Üç xal qazandığımız üçün çox sevinirəm. Bizim üçün bir az çətin dövrdür. Bu gün daha çox ikinci heyət üzvlərinə üstünlük verdim. Onlar da təcrübə qazanmalıdırlar. Əsas düşüncəmiz Avropa Konfrans Liqasında pley-offa adlamaqdır.
 
Meydança süni örtüklü olduğundan futbolçulara görə narahatlıq var idi. Qorxurdum ki, zədələnərlər. Nə qədər üzücü olsa da, qapıçımızı itirdik. Ümidvaram ki, Aqil Məmmədov tezliklə komandaya qoşulacaq. Hazırda əlimizdə 2 qapıçı qalıb. Rza Cəfərov da milli komandadır.
 
Bu oyun Avstriyada "Rapid"ə qarşı keçirəcəyimiz matçla bağlı planın bir hissəsi idi. 3 xal qazanmaq bizim üçün vacib idi. Bu gün gənclərdən yalnız müsbət siqnallar aldım. Fasilədə onlara bildirdim ki, özlərinə daha çox inanmalı, daha təhlükəli və hücumameylli olmalıdırlar. Çoxu gənc oyunçudur. Bəziləri ilk dəfə birlikdə çıxış edir. Çox aqressiv idik. Rəqibə yaxın oynamağa və itirdiyimiz topları geri almağa çalışırdıq. Düşünürəm ki, getdikcə daha yaxşı oynayacaqlar".






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi