13 may 2026. Çərşənbə

Dinamik komanda qurmaq istəyirik


Dinamik komanda qurmaq istəyirik
"Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Toplanışa gec başladıq. İstərdik ki, hazırlaşmaq üçün vaxtımız çox olsun. Bu çatışmazlığı intensiv məşqlərlə aradan qaldırmağa çalışdıq. Ulk matçlar həmişə çətin keçir. "Neftçi" regionlarda xüsusi maraqla gözlənilən komandalardan biridir. Bu rəqibə qarşı oyunlar asan keçmir. Çətin olacağını bilirdik. Səviyyə fərqini aradan qaldırmağa çalışsaq da, ilk hissədə futbolçularda həyəcan var idi. Amma ikinci yarıda daha sakit oynadıq. Minimal hesabla da olsa, uduzduq. Futbolçularıma təşəkkür edirəm ki, sonadək mübarizə apardılar.
 
Gənc və yerli oyunçulardan ibarət dinamik komanda qurmaq istəyirik. Çatışmazlıqları transfer pəncərəsi bağlananadək aradan qaldırmaq niyyətindəyik. Hazırda ön xəttə gənc və perspektivli oyunçu axtarırıq. Danışıqlar davam edir. Ən azı qışadək legioner olmayacaq".
 
Əsgərli qapıçı Əkbər Vəliyevin qolla nəticələnən səhvinə də toxunub: "Səhvlər qaçılmazdır. Hazırda nəticəni yox, uşaqların təcrübə qazanmasını düşünürük. Bunun üçün əlimizdən gələni edirik".






Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi