- Misli Premyer liqa
- 10:57 05.12.2025
Futbol üzrə Misli Premyer Liqasında 1-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
Əvvəlcə “Neftçi” səfərdə “Şamaxı”nın qonağı olub. "Ağ-qaralar" bu oyunda 3 xalı tək qolla qazanıb. Günün digər matçı isə “Sabah” doğma meydanda “Sumqayıt”ı sınağa çəkib. Bu oyunda da meydan sahibləri böyükhesablı qələbə qazanıb.
Tura sabah keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyunu ilə yekun vurulacaq. Daha öncə baş tutmuş oyunlarda “Zirə” “Kəpəz”ə 2:1, “Qarabağ” isə “Səbail”ə 3:1 hesabıyla qalib gəlib.
Misli Azərbaycan Premyer Liqası
1-ci tur
7 avqust
Şamaxı – Neftçi 0:1
Qol: E.Mahmudov, 80.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu.
Sabah – Sumqayıt 3:0
Qol: A.Nuriyev, 28. C.L.Mikels, 53. K.Sebalyos, 90+5.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Cavid Cəlilov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Masazır. “Bank Respublika Arena”.