24 iyun 2026. Çərşənbə

Qarabağ'ın iki hücumçusundan yubiley qolu


Qarabağ'ın iki hücumçusundan yubiley qolu

Musa Qurbanlı və Ramil Şeydayev “Qarabağ”ın formasında Azərbaycan Premyer Liqasında yubiley qollarına imza atıblar.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki hücumçu Ağdam təmsilçisinin heyətində qollarının sayını 10-a çatdırıb.

Bu, çempionatın I turunda gerçəkləşib. “Səbail” üzərində 3:1 hesablı qələbə zamanı hesabı açan Qurbanlı 10-cu qolunu 21-ci oyununda vurub. Dubl müəllifi olan Şeydayev isə “Qarabağ”dakı 41-ci çempionat görüşündə bunu bacarıb. O, Azərbaycan çempionatında “Qarabağ” forması ilə ən azı 10 qol vuran 40-cı futbolçu olub. “Səbail”lə görüşədək 38 oyunçu bunu bacarmışdı.

Qeyd edək ki, Premyer Liqadakı ümumi qol sayında Şeydayev 16-ya, Qurbanlı 11-ə çatıb.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer