24 oktyabr 2024. Cümə axşamı

Xocaniyazov: Azərbaycanda reallıq gözləntilərimi üstələdi


Xocaniyazov: Azərbaycanda reallıq gözləntilərimi üstələdi
Bu yay “Sumqayıt”dan ayrılan və hazırda klubsuz olan Cəmaləddin Xocaniyazov Rusiya mətbuatına müsahibə verib. Corner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisindən ayrılmasının səbəbini belə izah edib:
 
“Klubla müqaviləni ləğv etdik. Mənə qalmağı təklif etdilər, lakin evdən ötrü darıxdığım üçün vidalaşmaq qərarına gəldim. "Sumqayıt"da iki ildən çox vaxt keçirdim. Məncə, bu qədər kifayətdir. Hazırda formada qalmaq üçün Rusiya Premyer Liqasında çıxış edən komandanın düşərgəsində məşq edirəm. Amma hansı klub olduğunu deməyəcəyəm”.
 
Xocaniyazov Rusiya Premyer Liqasında və FNL-də oynamaq üçün hazır olduğunu söyləyib: “Məşq etdiyim komanda ilə danışıq aparırıq, ancaq hələlik konkret nəsə yoxdur. Başa düşürəm ki, belə məsələlər tez həll olunmur”.
 
Yarımmüdafiəçi "Sumqayıt"a keçidini də xatırlayıb: "Həmin dönəmdə ardıcıl olaraq bir neçə zədə aldım. Sonra çoxdan tanış olduğumuz klub prezidentindən (Riad Rəfiyevi nəzərdə tutur – red.) təklif aldım. Məni əvvəlcə bir il “Sumqayıt”da oynamağa dəvət etdi, sonra daha bir il qaldım. Düzünü desəm, gözləntilər əvvəlcə orta idi. Yerli liqa barədə az şey bilirdim və heç vaxt izləmirdim. Avropada tez-tez çıxış edən “Neftçi” və “Qarabağ” haqqında məlumatlı idim. Amma reallıq gözləntilərimi üstələdi.
 
Azərbaycanda çox yaxşı oyunçular, keyfiyyətli legionerlər var. Həm orada əla şərait qurulub. Bazalar, meydançalar - hər şey yüksək səviyyədədir. Maaş baxımından Rusiya Premyer Liqası ilə ancaq "Qarabağ"ı müqayisə etmək olar. Digər klublarda aşağı-yuxarı 1-ci Divizion səviyyəsində şərtlər təklif edilir. Ancaq orada hər şey stabildir və ödənişi vaxtında edirlər".
 
Xatırladaq ki, Cəmaləddin Xocaniyazov 2019-cu ilin avqustundan “Sumqayıt”da çıxış edirdi.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir