24 oktyabr 2024. Cümə axşamı

Kapitanlıq əlavə məsuliyyət deməkdir


Kapitanlıq əlavə məsuliyyət deməkdir
“Sevindirici məqamdır ki, “Kəpəz” yenidən futbolumuzun elitasında çıxış etməyə başladı. Bunun daimi olması arzulanandır. Komanda həmişə yaxşı yerlərdə mübarizə aparsın”. Corner.az xəbər verir ki, bu fikirləri “Kəpəz”in kapitanı Tural Axundov deyib.
 
O, klubun mətbuat xidmətinə açıqlamasının davamında çempionatda ilk oyunların həmişə çətin olduğunu bildirib. Təcrübəli futbolçu məğlubiyyətə baxmayaraq, görüşə yaxşı kökləndiklərini deyib:
 
“Oyun yaxşı alındı. Qələbə də qazana bilərdik, heç-heçənin olması da mümkün idi. Çalışacağıq ki, növbəti görüşlərdə qələbə qazanıb azarkeşlərimizi sevindirək. Nəticələrimizin yaxşı olması üçün maksimum şəkildə bacarığımızı ortaya qoyacağıq”.
 
“Zirə”yə qarşı matçda “Kəpəz” komandanı məğlubiyyətə aparan qolu oyunun son anlarında buraxıb. Kapitan azlıqda qalan rəqiblə görüşdə hesabı qorumağa nəyin mane olduğunu belə izah edib: “Çox çalışdıq ki, sərfəli nəticə qazanaq. Hesab 1:1 olanda qol da vurduq. Amma vəziyyət ofsayd hesab olunduğundan qeydə alınmadı. Hesab başqa cür də ola bilərdi. Komanda yeni yığılıb. Əslində qələbə qazanmaq üçün alışıb-yanırdıq. Ona görə də irəli atıldıq, amma öz qapımızdan qol buraxdıq. Çox məyus olmuşduq. Bu, bizə dərs oldu. Çatışmayan cəhətlərimizin üzərində çalışıb nöqsanları aradan qaldıracağıq. Baş məşqçimiz də kimin hansı səviyyədə olduğunu gördü. Zəif yerlərimizi gücləndirməliyik. Hamımız əl-ələ verib bir olmalı və komanda olaraq daha yaxşı şəkildə mübarizə aparmalıyıq”.
 
Beş ildən sonra “Kəpəz”i kapitan kimi meydana çıxaran Tural Axundov bu haqda da danışıb: “Kapitanlıq əlavə məsuliyyət deməkdir. Həm meydanda, həm də ondan kənarda. Kapitan hər yerdə ən yaxşı tərəfdən özünü göstərməlidir. Sarğı qolumda olduğu üçün oyunda yaxşı hisslər keçirdim. Mənə etimad göstərən klub rəhbərliyinə, məşqçilərə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, kapitanlığın haqqını verim”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir