25 noyabr 2024. Bazar ertəsi

Mövsümünün ən yaxşısı o seçildi


Mövsümünün ən yaxşısı o seçildi

Corner.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin keçirdiyi səsverməyə adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komanadaların heyətində göstərilmiş 198 oyunçudan 176-sı, yəni 89 faizi qatılıb. Ötən il ilk dəfə oyunçular arasında keçirilmiş sorğudan fərqli olaraq, bu dəfə seçimlərdə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç, həmçinin elita komandalarına rəhbərlik edən 8 mütəxəssis də iştirak edib.

Səsvermədə “Qarabağ”ın 18, “Neftçi”nin 21, “Səbail”in 24, “Qəbələ”nin 24, “Zirə”nin 26, “Sabah”ın 19, “Sumqayıt”ın 24, “Keşlə”nin isə 20 futbolçusu öz variantını açıqlayıb.

Respondentlər, ümumilikdə, 45 futbolçunu fərqləndiriblər. Yekunda “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov mövsümün ən yaxşı futbolçusu seçilib. Azərbaycan millisinin 27 yaşlı oyunçusu 1 səs fərqi ilə “Qarabağ”ın futbolçusu Abdullah Zubiri qabaqlayıb. Mahmudov 30, Zubir isə 29 səs toplayıb. “Üçlüy”ü 20 səslə “Neftçi”nin digər futbolçusu Baqali Dabo qapayıb.

Bundan başqa, Səlahət Ağayev (“Neftçi”) 11, Mirabdulla Abbasov (“Neftçi”) 10, Mahir Mədətov (“Qarabağ”) və Aleksey İsayev (“Sumqayıt”) hərəyə 7, Dani Kintana (“Qarabağ”) 6, Rəşad Eyubov (“Neftçi”) 5, Bədavi Hüseynov (“Qarabağ”), Ağabala Ramazanov (“Səbail”), Ceyms Adeniyi (“Qəbələ”) hərəyə 4, Marko Deviç (“Sabah”), Filip Ozobiç, Qara Qarayev (hər ikisi “Qarabağ”), Elvin Camalov, Stiven Monroz (hər ikisi “Qəbələ”) hərəyə 3, Riçard Almeyda (“Qarabağ”), Tellur Mütəllimov (“Zirə”), Kirill Petrov (“Neftçi”), Bəhlul Mustafazadə, Cavid Hüseynov (hər ikisi “Qəbələ”) hərəyə 2 səs alıblar.

Həmçinin 23 futbolçuya – Vurğun Hüseynov, Peyman Babayi, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev (hamısı “Sumqayıt”), Maykl Essyen, Yevgeni Koçuk, Şəhriyar Rəhimov, Kamal Qurbanov (hamısı “Səbail”), Qismət Alıyev, Rauf Əliyev, Amin Seydiyev, Asif Məmmədov (hamısı “Qəbələ”), Simeon Slavçev, Miçel Madera, Donald Gerrye (hamısı “Qarabağ”), Saşa Stamenkoviç, Coşqun Diniyev, Vitali Kvaşuk (hamısı “Sabah”), Ömər Buludov, Namik Ələsgərov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Nikola Mitroviç (“Keşlə”) və Kamal Mirzəyevə (“Zirə”) bir nəfər səs verib. Bunlardan Kvaşuk qış fasiləsində “Sabah”dan ayrılıb.

Səsvermənin əsas şərtinə əsasən, respondentlərin öz komandalarının futbolçularına səs verməyiblər.

Qeyd edək ki, ötən mövsüm İdman Araşdırmalar Mərkəzinin Azərbaycanda ilk dəfə oyunçular arasında keçirdiyi səsvermədə adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komanadaların heyətində göstərilmiş 185 oyunçudan 133-ü, yəni 72 faizi iştirak edib. Ümumilikdə 44 futbolçunu fərqləndirildiyi sorğuda “Sumqayıt”ın yarımmüdafiəçisi, cari mövsümdən “Sabah”ın formasını geyinən Cavid İmamverdiyev qalib olub. O, “Qəbələ”nin hücumçusu, hazırda “Neftçi”də çıxış edən Baqali Dabonu qabaqlayıb. İmamverdiyev 17, Dabo 16 səs toplayıb. 2018/2019 mövsümü üçün səsvermədə Dabo 20 səs alsa da, İmamverdiyevə səs verən olmayıb.







Misli Premyer liqa

"Sabah" Krunoslav Renduliçlə yolları ayırıb
  • Misli Premyer liqa
  • 13:52 25.11.2024
"Sabah" Krunoslav Renduliçlə yolları ayırıb
Premyer Liqada 250-ci oyun
  • Misli Premyer liqa
  • 10:46 25.11.2024
Premyer Liqada 250-ci oyun
Tarixdə 5-ci dəfə
  • Misli Premyer liqa
  • 10:44 25.11.2024
Tarixdə 5-ci dəfə
“Sabah”da 40-cı qol
  • Misli Premyer liqa
  • 10:41 25.11.2024
“Sabah”da 40-cı qol
"Kəpəz"in futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:59 21.11.2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub