31 iyul 2026. Cümə

Premyer Liqaya qayıdan klublara 1600 manatlıq cərimə


Premyer Liqaya qayıdan klublara 1600 manatlıq cərimə
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
“Kəpəz” – “Zirə” oyununda meydana kənar əşyalar atıldığı üçün meydan sahibi klub 1600 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Zirə”nin futbolçusu Dmitrios Çantakias qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
“Qarabağ” - “Səbail” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
“Turan Tovuz” – “Qəbələ” oyununun 32-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Piruzi Marakvelidze kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.






Misli Premyer liqa

"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı