24 oktyabr 2024. Cümə axşamı

Bu, komandanın maksimumu deyil


Bu, komandanın maksimumu deyil
Misli Premyer Liqasının 2-ci turunun “Qəbələ” – “Şamaxı” oyunundan (3:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Corner.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
 
“Bizi ağır oyunun gözlədiyini bilirdik. “Şamaxı” gənc və perspektivli futbolçulardan ibarət kollektivdir. Birinci hissəyə yaxşı başladıq. Hücumlarımızın ardını da gətirib qollar vurduq. İkinci yarıda daha çox hesabı qorumağa çalışdığımızı ya da gücümüzə qənaət etmək fikrində olduğumuzu düşünürəm. Nəticə də daha rahat oynamağa imkan verirdi. Komandanın matça yanaşmasından razıyam. İnanıram ki, qarşıdakı turlarda daha məzmunlu və daha yaxşı oyun görəcəyik. Futbol emosiya oyunudur. Oyunda hər futbolçu öz emosiyasını göstərə bilər. Matçın ağır ya yüngül keçməsinə gəlincə, futbolçular ilk yarıda oyunu ələ almaq üçün əllərindən gələni etdilər. Bu, komandanın maksimumu deyil. Meydana sonradan daxil olan Omar Hani, Ülvi İsgəndərov və Ramon Maçado əsas heyət üzvləridir. Ola bilər ki, oyuna qoşula bilməsinlər. Onlara güvənirik, əsas heyət üzvü kimi görürük”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir