19 mart 2026. Cümə axşamı

Şanslardan yararlana bilmədik


Şanslardan yararlana bilmədik
"Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Azarkeşlərimizə belə atmosfer yaratdıqları üçün minnətdaram. Üçüncü matçdır ki, əzmkar oynayırıq. Nəhayət, ilk xalımızı qazandıq. Cərimə meydançasına qədər yaxşı gedirdik. Təəssüf ki, son anda usaqlar tələsirdilər. Cavandırlar, onlara vaxt lazımdır”.
 
O, əvvəlki görüşlərlə müqayisədə bu dəfə stadiona nisbətən az tamaşaçı toplaşmasını iş günü olması ilə əlaqələndirib: "Dünən fanatlar bizə uğurlar arzuladı, komandaya daha çox diqqət göstərdi və görüşün iş gününə düşdüyü üçün üzüldüklərini bildirdilər. Nə biz, nə onlar bu duruma müdaxilə edə bilər. PFL belə qərar qəbul edib".
 
Mütəxəssis ilk dəqiqələrdən irəli atılıb, rəqibin qapısına yol tapmaq istədiklərini bildirib: "Təəssüf ki, əldə etdiyimiz şanslardan yararlana bilmədik. Hazırlığımız gec başlayıb. Bunun üçün zamana ehtiyac var. Oyundan-oyuna artıra-artıra istədiyimiz səviyyəyə çatacağıq".






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi