19 mart 2026. Cümə axşamı

Qəbələ'nin Kəpəz'lə 21-ci dueli


Qəbələ'nin Kəpəz'lə 21-ci dueli
Misli Premyer Liqasında 3-cü turun oyunları keçirilir. Corner.az xəbər verir ki, “Qəbələ” turun son günündə meydana çıxacaq.
 
“Qırmızı-qaralar” “Kəpəz”in qonağı olacaq. Komanda səfər matçına çıxsa da, görüş Qəbələ şəhər stadionunda baş tutacaq.
 
Bu, rəqiblərin tarixdə 21-ci görüşü olacaq. Sonuncu dəfə 4 il 4 ay əvvəl görüşən komandalar indiyədək 20 dəfə üz-üzə gəlib. Bütün qarşılaşmalar Premyer Liqa çərçivəsində baş tutub.
 
Əvvəlki qarşılaşmalarda 9 qələbəsi olan “Qəbələ” yubiley uğurunun astanasındadır. 5 heç-heçə edən “qırmızı-qaralar” 6 dəfə uduzub. Top fərqi də bu komandanın xeyrinədir – 25:16.
 
“Kəpəz”lə görüşlərdə beş futbolçu birdən çox qol vurub. Baqali Dabo və Filip Ozobiç hərəyə 3, Famussa Kone, Ruslan Qurbanov və Stiven Monroz hərəyə 2 qola imza atıb.
 
Səfər matçlarında 3 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 4 məğlubiyyət alıb. Rəqib meydanında 11 qola sevinən “Qəbələ” futbolçuları eyni sayda top buraxıb. “Qırmızı-qaralar” ümumilikdə son 3, səfərdə 2 qarşılaşmada qələbə əldə edib.
 
Sabah Qəbələ şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Qəbələ” matçına saat 18:00-da start veriləcək.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi