24 iyun 2026. Çərşənbə

Daha dinamik oynayacağımıza inanıram


Daha dinamik oynayacağımıza inanıram
Misli Premyer Liqasının 3-cü turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Corner.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir: 
 
“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Kəpəz” son pillələrdə qərarlaşsa da, heyətində yaxşı futbolçular var. Gəncə təmsilçisinə uğurlar arzulayırıq. İnanırıq ki, qarşıdakı turlarda daha yaxşı olacaqlar.
 
Öz komandamıza gəlincə, daha ağır matça hazırlaşmışdıq. Komandamızı təbrik edirəm. Qarşıdakı turlarda daha məzmunlu, daha dinamik oynayacağımıza inanıram. Mənim anlayışımda əsas və ehtiyat oyunçu yoxdur. 16 futbolçumuz var. Hər biri start heyətində çıxmağa layiqdir. Bir turda biri şans qazanar, növbəti matçlarda başqa heyətlə çıxa bilərik. Amma bütün futbolçular əsas heyət üzvləridir. Daha yaxşı olacağıq. İstədiyimiz odur ki, komanda meydanda rahat oynasın. Növbəti qarşılaşmalarda daha dinamik olacaqlarına inanıram”.






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer