8 may 2026. Cümə

Qəbələ'dən qələbə, Zirə yenə xal itirdi


Qəbələ'dən qələbə, Zirə yenə xal itirdi

Bu gün Misli Premyer Liqasında III turun daha 2 oyunu keçirilib. Corner.az xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutub.

Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan “Kəpəz” “Qəbələ” ilə məhz rəqibin meydanında üz-üzə gəlib. Bu görüşdə “Qəbələ” 3 xalı 3 cavabsız qolla qazanıb.

Digər matçda isə 3 xalla 5-ci sırada olan “Zirə” xalsız autsayder “Sumqayıt”ı qəbul edib. Bu görüşdə qapılara ümumiyyətlə qol vurulmayıb. Nəticədə, “Zirə” xal itkisi ilə üzləşibsə, “Sumqayıt” yeni mövsümdə ilk xalını qazanıb.

Turun əvvəlki 2 oyununda “Şamaxı” evdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib, “Neftçi” isə səfərdə “Sabah”a uduzub – 1:2. 3-cü turun “Turan Tovuz” – “Qarabağ” matçı isə “köhlən atlar”ın Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.

Misli Premyer Liqası
III tur
21 avqust

“Kəpəz” – “Qəbələ” 0:3
Qol: M.İsayev, 18. R.Maçado, 27. R.Muradov, 57.
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Qəbələ şəhər stadionu.

“Zirə” – “Sumqayıt” 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
“Dalğa Arena”.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi