24 iyun 2026. Çərşənbə

Premyer Liqada 9-cu


Premyer Liqada 9-cu
Elvin Məmmədov Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib. Corner.az xəbər verir ki, “Şamaxı”nın kapitanının yubileyi Misli Premyer Liqasının 3-cü turuna təsadüf edib.
 
“Səbail”lə ev matçı 34 yaşlı yarımmüdafiəçinin 350-ci görüşü olub. Elvin ölkə çempionatları tarixində 350 və daha çox oyuna çıxan 9-cu futbolçu olub. 2003/04 mövsümündə “Turan”ın heyətində debüt edən Məmmədov indiyədək 25 qola imza atıb.
 
O, Premyer Liqada 7 klubun formasını geyinib. Yarımmüdafiəçi “Bakı”da 73 (3 qol), “Qarabağ”da 70 (3 qol), “Şamaxı”da 54 (7 qol), “Zirə”də 49 (5 qol), “Turan”da 49 (3 qol), “Sumqayıt”da 44 (2 qol) və “Qəbələ”də 11 (2 qol) matç keçirib.
 
“Şamaxı” – “Səbail” qarşılaşması 1:1 hesabı ilə başa çatıb






Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer