8 may 2026. Cümə

I Divizionda yeni rekordlar


I Divizionda yeni rekordlar
Azərbaycan I Divizionunda 2022/23 mövsümünün ilk turu tamaşaçı sayında rekordlarla əlamətdar olub. Corner.az xəbər verir ki, mövsümün ilk günündə baş tutan “Araz Naxçıvan” - “Qarabağ-2” qarşılaşmasında (5:1) 2700 izləyici qeydə alınıb.
 
Bu, son 5 mövsüm üçün yeni rekorddur. Amma bu rekord cəmi bir gün duruş gətirib. İkinci oyun günündəki “Mingəçevir” – “Neftçi-2” görüşünü (4:1) daha çox - 3200 tamaşaçı izləyib. Bununla da son 5 mövsümün rekordu bir turda iki dəfə yenilənib.
 
Baş tutan bu qarşılaşmalara qədər ən yüksək göstərici Tovuz şəhər stadionunda qeydə alınmışdı. 2021/22 mövsümünün son turunun bu il mayın 17-dəki “Turan Tovuz” - “Zirə-2” matçını 2300 azarkeş izləmişdi.
 
Cari mövsümün ilk turunun 6 oyununu ümumilikdə 6610 nəfər (orta hesabla 1102) seyr edib. Bu da son 5 mövsüm üçün yeni rekorddur. Ötən çempionatın son turunda 3500 izləyici (orta hesabla 500) olub. Amma həmin vaxt 6 deyil, 7 qarşılaşma baş tutub. Orta göstəricidə rekord təxminən ikiqat yenilənib.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi