8 may 2026. Cümə

I Divizion klublarının yeni mövsüm üçün ilk cəzaları açıqlandı


I Divizion klublarının yeni mövsüm üçün ilk cəzaları açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Corner.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I Divizionda yeni mövsümün ilk turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
“Turan Tovuz-2” – “Şamaxı-2” oyunundan öncə “Şamaxı”nın nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.
 
MOİK – “Zaqatala” oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. Bu oyunda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub.
 
“Mingəçevir” – “Neftçi-2” oyununda xərəkdaşıyan şəxslərin say limiti pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunub.
 
“Qəbələ-2” – “İmişli” oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. Oyundan öncə “İmişli”nin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub. “İmişli” komandası stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün klub 80 manat cərimə olunub.
 
“Qaradağ Lökbatan” – “Səbail-2” oyunundan öncəsi “Qaradağ Lökbatan”ın nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub. Təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub. “Səbail” vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunub.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi