19 mart 2026. Cümə axşamı

Qəbələ öz iddiasından əl çəkməyib - Elmar Baxşıyev


Qəbələ öz iddiasından əl çəkməyib - Elmar Baxşıyev
"İki fərqli hissə izlədik". Corner.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının IV turunda “Sabah”a doğma meydanda 0:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
 
42 yaşlı çalışdırıcı hər iki tərəfin yaxşı mübarizə apardığını bildirib: “Komandamın oyunundan razı qaldım. Oyunun dinamikası yüksək idi, hər iki komanda yaxşı mübarizə apardı. Mövsüm uzundur, "qopmayacağıq". Heç nə itirilməyib. "Qəbələ" öz iddiasından əl çəkməyib".
 
Baxşıyev həftə ərzində Pro kateqoriyası ilə bağlı ölkə xaricində olduğu üçün komandaya lazımınca məşq keçə bilməməsinin nəticəyə təsir etmədiyini söyləyib: “Peşəkar klubuq, məni əvəz edə bilcək layiqli məşqçilərimiz var. Mən bununla bağlamazdım. Sadəcə bu gün ilk qolu vuran qələbə qazanacaqdı”.  
 
O, ehtiyatda qalan müdafiəçi Murad Musayevin oynamamasın da aydınlıq gətirib: “Murad Musayevin mikrozədəsi var idi. Ona görə də ehtiyat etdik ki, zədəsi təzələnməsin”.

Baş məşqçi transfer məsələsinə də toxunub: "Bu heyətlə davam edəcəyik. Amma hər şey ola bilər".
 






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi